Onlar quru yolla Azərbaycana gəldilər - FOTOLAR

09:15 - 14 İyun 2025

Onlar quru yolla Azərbaycana gəldilər - FOTOLAR

Bəzi xarici dövlətlər Azərbaycan hökumətinə müraciət edərək İranda olan vətəndaşlarının təxliyəsi məqsədilə Azərbaycanın ərazisindən keçməklə öz ölkələrinə qayıtmasına yardım göstərilməsi ilə bağlı müraciət ediblər.


Manset.az xəbər verir ki, Azərbaycan dövləti humanitar prinsipləri rəhbər tutaraq həmin şəxslərin təxliyəsi üçün Astara sərhəd-keçid məntəqəsindən keçmələrinə şərait yaradır.

Quru yolla İrandan təxliyə edilən xarici vətəndaşlara tibbi xidmət göstərilməsi üçün şərait yaradılıb, onlara səhər süfrəsi açılıb.

Evakuasiya prosesi davam edir.

***

03:30

Xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara sərhəd-keçid məntəqəsindən keçmələrinə şərait yaradılıb.

Manset.az  xəbər verir ki, bəzi xarici dövlətlər Azərbaycan hökumətinə İranda olan vətəndaşlarının təxliyəsi məqsədilə Azərbaycanın ərazisindən keçməklə öz ölkələrinə qayıtmasına yardım göstərilməsi ilə bağlı müraciət ediblər.

Azərbaycan dövləti humanitar prinsipləri rəhbər tutaraq həmin şəxslərin təxliyəsi üçün sözügedən sərhəd-keçid məntəqəsindən keçmələrinə şərait yaradır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az