Spikerin Kərimliyə dinlədəcəyi 10 DƏQİQƏ səs yazısı kimə və nəyə aid idi - TƏFƏRRÜAT

10:30 - 4 Avqust 2021

Spikerin Kərimliyə dinlədəcəyi 10 DƏQİQƏ səs yazısı kimə və nəyə aid idi - TƏFƏRRÜAT

Ötən gün Milli Məclisdə deputat Eldəniz Səlimovun toxunulmazlığının ləvğ olunması zamanı millət vəkili Tahir Kərimli ilə spiker Sahibə Qafarova arasında mübahisə yaşanıb.

 

Manset.az xəbər verir ki, deputat Tahir Kərimli polisi döyən həmkərını müdafiə edərkən spiker Sahibə Qafarova həmin vaxt onu iclasdan sonra otağına dəvət etmiş və 10 dəqiqəlik səs yazısına qulaq asmağa çağırmışdı. Spiker hansı səsi nəzərdə tutduğunu bildirməsə də, aydınlıq gətirək ki, Sahibə Qafarova polisi döyən deputatla döyülən polis zabiti arasındakı səs yazısını nəzərdə tuturdu.

Bildirək ki, Manset.az yaşanan məlum hadisə ilə bağlı özəl olaraq ətraflı məlumatlar dərc edərkən, deputatın polisi döydüyü anların səs yazısının yazıldığını bildirmişdi. Bundan əlavə hadisənin tam təfərrüatını real qeyd edən yeganə sayt Manset.az idi. 


Bu gün spiker Sahibə Qafarova deputat Tahir Kərimliyə otağında dinlətmək istədiyi səs yazısı, Manset.az-ın ötən həftə yayınladığı yazıda qeyd etdiyi həmin səs yazısı idi.
 


Xəbər xətti

20 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin