İndoneziyada baş verən 5,6 bal gücündə zəlzələdə həyatını itirənlərin sayı 271-ə yüksəlib. İki gün sonra dağıntılar altından bir uşaq xilas edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Milli Fəlakətlərin İdarə Olunması Agentliyinin rəhbəri Suharyanto 271 nəfərin öldüyü zəlzələdə ən az 40 nəfərin hələ də itkin düşdüyünü və 2 min 43 nəfərin yaralandığını qeyd edib.
Ölənlərdən 100-nün uşaq olduğu təsdiqlənib.