Səfirliyimizə HÜCUM KİMİN SİFARİŞİDİR? - İran yaxşı bilir... - GİZLİ DETALLAR

14:17 - 27 Yanvar 2023

Səfirliyimizə HÜCUM KİMİN SİFARİŞİDİR? - İran yaxşı bilir... - GİZLİ DETALLAR

Hələ 44 günlük müharibədən sonra Azərbaycan prezidenti də açıq şəkildə bəyan etdi ki, əsl savaş indən belə başlayır. Bununla dövlət başçısı çox haqlı olaraq demək istədi ki, əgər Azərbaycan bu müharibədə Ermənistanla döyüşdüsə, Vətən müharibəsindən sonra postkonlift dövründə Azərbaycan artıq bir neçə qüvvəyə qarşı mübarizə aparmalı olacaq. O dövlətlər, o qüvvələr ki, Azərbaycanın bu qələbəsini, regionda yaratdığı yeni siyasi düzəni həzm edə bilməyəcəklər. 

Fransanın mövqeyi əsalində hələ İkinci Qarabağ müharibəsinin gedişindən bəlli idi. Rəsmi Paris Azərbaycana qarşı hədə-təhdid dolu bəyanatlarla öz ermənipərəst simasını artıq ortaya qoymağa başlamışdı. Lakin müharibədən sonra rəsmi Bakının İrəvan qarşısında qoyduğu tələblərlə tanış olan cənub qonşumuz İran moll-fars rejimi Azərbaycana qarşı açıq nifrət ifrazına başladı.

Bunu molla rejimi istər sərhəddimiz boyu heç vaxt olmadığı kimi keçirdiyi geniş hərbi təlimlərlə, istər siyasət adamlarının və əyalət mollalarının Azərbaycana qarşı hədə, təhdid xarakterli çıxışlarla, istərsə də Qafanda konsulluq açıb, Ermənistanı silah-sursatla təchiz edəcəyi ilə bağlı öhdəliklər götürərək nümayiş etdirdi. Hələ utanmaz-utanmaz Ermənistanın sərhədlərini, təhlükəsizliyini özünün qırmızı xətti elan edən Tehran molla rejimi bu qısa zaman kəsiyində isbat etdi ki, o 30 illik işğal dövründə "şiə qardaşı", "İslam dövləti" olmaqdan çox, islamın, müsəlmanın düşməni olan Ermənistana qardaşlıq edib. 

Amma belə görünür ki, elə çizgini İran molla-fars rejimi özü aşdı. Belə ki, bu gün səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Bu terror hücumu kimin sifarişidir?

1. Bu gün - 27 sentyabr Beynəlxalq Holokost Qurbanlarının Anım Günü qeyd edilir. Aydın məsələdir ki, İranın Azərbaycanla son 2 ildə münasibətləri gərginləşdirməsinin digər səbəblərindən biri İsraillə münasibətləri əsas göstərildi. İran molla-fars rejiminin məhz 27 yanvar tarixini seçərək Azərbaycan səfriliyinə belə terror hücumu təşkil etməsi, bunun üçün bu Anım gününə məhz plan qurması inandırıcı deyil.

Çünki Tehran o qədər sadəlöhv siyasət yürütmüş olsaydı ABŞ çoxdan onun biləyini bükərdi. Tehran bu məsələdə də hədəf taxtası olmamaq üçün özünü oda ataraq belə bir tarixdə Azərbaycan diplomatlarının toplaşdığı binaya terror hücumu təşkil etməyi ağlından keçirəcək qədər əlverişsiz tarix seçəcəkləri bir o qədər inandırıcı görünmür.

Lakin bu dəqiqəyə kimi İran polisindən başqa hər hansı bir dövlət qurumunun terakta münasibət bildirməməsi, olduqca şübhəli məqamdır. İran polisinin açıqlamasında qeyd edilsə də ki, terroru törədən şəxs binaya iki azyaşlı övladı ilə gəlib, lakin kadrlardan da görünür ki, həmin şəxs tək olub. Bu detalın özü də İranın hadisələri "ailə-məişət zəmnində" adı ilə pərdələmək cəhdini ortaya çıxarmış olur. 

2. Səfirliyimizə hücumla bağlı şok ehtimallardan biri isə artıq ortada. 1973-cü ilin bugünündə ilk türk diplomatın şəhid edilməsindən 50 il ötür. Erməni Qurgen Yanikyan 27 yanvar 1973-cü il tarixində ABŞ-da türk diplomata qarşı terror hücumu həyata keçirib. 2020-ci il 27 yanvar tarixində terrorçu Yanukyanın fotosu səfirliyimizin binası önündən asılıb. Ehtimal olunur ki, İrandakı səfirliyimizə hücum da məhz bu tarixlə bağlıdır.

Ermənistan tərəfi məhz sülhdən yayınmaq, iki ölkə arasında vəziyyəti daha da gərginləşdirmək adına belə bir plan tərtib edə bilər. Nəticədə Ermənistan Avropa İttifaqının özbaşına Azərbaycanla sərhəddinə 2 il müddətinə 200-dən çox xüsusi təyinatlı şəxsdən ibarət qrupun göndərməsi ərəfəsində belə bir addım atmaqla Azərbaycanı "qisas əməliyyatı"na vadar edərək Qərbi Azərbaycanın üstünə qaldırıb, təzyiqləri artırıb, Bakını sanksiyalara məruz qoymaqla regiondakı geosiyasi vəziyyəti dəyişməyi planlaya bilər. Səbəb isə sülh danışıqlarını dalana dirəmək, Bakının əlindəki əsas rıçaqlarını qoparmaqdır. 

3. Laçın yolundakı aksiyanı əsas gətirərək Avropa Parlamentində Azərbaycan əleyhinə qətnamənin qəbul edildiyi, təzyiqlərin artdığı, eləcə də Avropa İttifaqının missiya göndərdiyi bir ərəfədə bu terrorun baş verməsi ortaya başqa detalları da atmış olur. 

Hər kəsə gün kimi aydındır ki, Fransa Cənubi Qafqazdan imtina etmək niyyətində deyil. Bakı 44 günlük Vətən müharibəsindək sonra Misnk Qrupu çərçivəsində Fransanın bölgədə siyasi proseslərə müdaxiləsinə veto qoydu. Emanuel Makron hazırda alternativlər axtarışındadır və bu dəfə Avropa İttifaqının şinelində bölgəyə daxil olmaq üçün bütün variantları sınaqdan keçirdiyi istisna edilmir. 

Fransanın Cənubi Qafqaza daxil olmaq cəhdlərinə isə İranın göz yumması ən çox müzakirə olunan məsələlərdən biridir. Əslində Fransanın Ermənistandakı mövqeyinin güclənməsinin İranı narahat etməməsi gözlənilən idi. Çünki hər kəsə məlumdur ki, 1979-cu ildə baş verən inqilabdan sonra Ayətullah Xomeyni xüsusi reyslə məhz Fransadan İrana gəlmişdi. Bu isə düşünməyə əsaslı səbəblər yaradır ki, İranda teokratik molla rejiminin yaradılması və bu günə qədər qorunması bilavasitə elə Fransanın əməyinin məhsuludur.

Bu gün Fransa Aİ şineli altında məhz bölgəyə rahat daxil olmaq, proseslərə müdaxilə edib Azərbaycana qarşı planlarını həyata keçirmək üçün İrandan yardım istəyə bilər. O molla rejimindən ki, hər addımda Azərbaycanın artan nüfuzundan narahatlığını gizlədə bilmir, Bakını hədələmək üçün müxtəlif yollar arayır, təhdidlərdən əl çəkmir. Fransa üçün məqsədinə çatmaq adına İran variantı ən ideal variant hesab edilə bilər. 

Bununla da Fransa İranla razılaşdırmış ola bilər ki, Azərbaycanın bütün fikrini, diqqətini Laçın yolundan çəkib səninlə gərginliyə yönəldək. Bu gərginlik isə elə bir həddə olmalıdır ki, Azərbaycanın bütünlüklə diqqəti məhz İrandakı proseslərə, Bakı ilə tehran arasında artacaq eksalasiya ehtimallarına yönəlməlidir. Bunun üçün isə indiki gərgin vəziyyətdə ən optimal seçim Tehrandakı Azərbaycan səfirliyinə hücum edib orada terror törətməkdir. 

Fransa bununla da İran qarşısında Azərbaycanın Ermənistanla sərhədlərinin dəyişməməsini istəyirsənsə, İrəvanla gediş-gəlişində maneələrlə üzləşmək istəmirsənsə, o zaman mənim planım üzrə hərəkət etməlisən tələbini qaldırıb. Böyük ehtimalla molla-fars rejimi Parisin bu məkirli planının işritakçısı olmaq, məsuliyyəti boynuna götürəcəyinə razılaşıb. 

Məhz İran polisinin bu terror hücumunun "ailə məişət" zəmnində ortaya çıxdığı donunu geyindirməyə çalışması, molla rejiminin bütün diqqətləri kənar qüvvələrdən (Ermənistan və Fransadan) yayındırıb, məhz İranın Azərbaycanla münasibətlərini hərbi toqquşmalara qədər gətirmək məqsədi ilə manipulsiya cəhdlərindən başqa bir şey deyil. Əslində elə hadisəni törədən şəxsin erməni olmasının bildirilməsinin də həqiqəti əks etdirmədiyi, Tehranın izi azdırmaq cəhdidir. Xüsusi xidmət orqanlarına bəllidir ki, bu şəxs İran vətəndaşı Yasin Hüseynzadədır, onun İranın xüsusi xidmət orqanları, xüsusilə də SEPAH la əlaqəli olduğu ehtimal olunur.

İstənilən halda ələxsus da bu terakt İranda baş verib, buna görə məsuliyyət birabaşa olaraq İran molla-fars rejiminin güc strukturlarının üzərinə düşən məsələdir. İran-Azərbaycan arasındakı gərginliyin artırılmasına xidmət edən bu terror hadisəsinin həyata keçirilməsində Bakının yaxasından yapışacaq əsas tərəf Tehrandır. Çünki şübhəsiz, biz İran səfirliyini necə möhkəm şəkildə qoruyuruqsa, İran da bizim səfirliyi o formada qorumalı idi.

Nəzər salsaq görərik ki, İranın sözdə dost və tərəfdaş adlandırdığıı müsəlman ölkəsinin Tehrandakı səfirliyinə hücumu ilə bağlı bu vaxta kimi hər hansı bir fakta rast gələ bilməzdik. Amma artıq bunu da etdilər. Bu dəqiqədən sonra qatillər və onların arxasındakı qüvvələr tapılsa belə, son qanlı olay iki ölkə arasındakı münasibətlərdə gərginliyi pik həddə çatdıracaq. 

Nəzərə alsaq ki, İranla Azərbaycan arasındakı davamlı və qarşılıqlı ittihamlar Laçın dəhlizinin bağlanmasından sonra ikinci plana keçmişdi, bu terakt iki ölkə arasındakı gərginliyi yenidən önə çəkdi. Hər şey İran molla rejiminin planlaşdırdığı şəkildə...

Bu silahlı hücum Bakıya gözdağı məqsədi də daşıya bilər. Amma qırmızı çizgini keçənlər əməllərinə görə cavab verəcəklər, kimliyindən asılı olmayaraq. Səfirliyimizə edilən bu hücumun bir adı var - TERROR! 

 

Təhməz Əsədov


Xəbər xətti

15 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin