Bakı-Quba yolunda yük maşınları toqquşdu - Xəsarət alan var

16:43 - 4 Fevral 2023

Bakı-Quba yolunda yük maşınları toqquşdu - Xəsarət alan var

Bakı-Quba yolunda ağır tonnajlı yük maşınları toqquşub, xəsarət alan var.

 

Bu barədə Manset.az-a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.

O bildirib ki, hadisə bu gün səhər saatlarında Bakı-Quba-Dağıstan sərhədi yolunun Siyəzən rayonu, Zarat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb:

"Qeyd edilən magistral yolun 84-cü km-də “Mercedes-Benz” markalı 99-UT-794 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə “KamAZ” markalı 77-JD-854 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşub. Hadisə nəticəsində “KaMAZ” markalı nəqliyyat vasitəsinin sürücüsü Əhmədov Etibar yüngül bədən xəsarətləri alıb".

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti

18 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin