Argentina prezidenti Alberto Fernandezin səhhətində yaranan problemlər səbəbindən özəl klinikanın təcili yardım otağına aparıldığı bildirilir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Prezidentlik Sağlamlıq Birliyindən verilən açıqlamada, Fernandezin kəskin bel ağrısı səbəbiylə müayinələr üçün paytaxt Buenos Ayresin Recoleta rayonundakı özəl sağlamlıq mərkəzinə aparıldığı qeyd edilib.
Açıqlamada, "Kəskin bel ağrıları üçün xüsusi bir müalicənin tətbiqi üçün lazımi araşdırmalar aparılacaq və ictimaiyyətə məlumat veriləcək” – deyilib.
Manşet.az