Mahir oynadı, komandası “Qalatasaray”a qalib gəldi

23:53 - 17 Mart 2023

Mahir oynadı, komandası “Qalatasaray”a qalib gəldi

Milli komandamızın üzvü Mahir Emreli Türkiyə Super Liqasında növbəti oyununa çıxıb. 

 

Manset.az xəbər verir ki, o, “Qalatasaray”la ev oyununa “Konyaspor”un start heyətində başlayıb.

15-ci dəqiqədə sarı vərəqə ilə yadda qalan futbolçu, 79-cu dəqiqədə əvəzlənib.

Oyunda hesabı qonaqlar açıb. Lakin konyalalılar ikinci hissə geridönüş edərək əzmkar qələbə qazanıblar.

“Konyaspor” - “Qalatasaray”- 2:1

Qollar: Dikmen, 62, Ulqun, 90+3 - Raşika, 31

Qeyd edək ki, “Qalatasaray” bu matça qədər ardıcıl 14 qələbə qazanmışdı.


Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin