Tanınmış idmançı yoxa çıxdı, Qırmızı Xaç Komitəsi də axtarır - FOTO

19:22 - 25 Mart 2023

Tanınmış idmançı yoxa çıxdı, Qırmızı Xaç Komitəsi də axtarır - FOTO

Norveçdə məşhur biatlonçu 22 yaşlı Eyvind Sporaland itkin düşüb.

 

Manset.az xəbər verir ki, Lent.az xarici mediaya istinadla məlumatına görə, könüllülər və polis idmançıdan heç bir izə rast gələ bilmir, ondan yalnız bir avtomobil qalıb.

Sporaland özəl biatlon komandalarından biri ilə Lillehammerdə məşq edib. Mütəxəssislər onun üçün böyük gələcək proqnozlaşdırırdılar. İdmançı artıq yeniyetmələr arasında Norveç çempionatının gümüş medalını qazana bilib.

Biatlonçu bir həftə əvvəl, ötən bazar günü yoxa çıxıb. Həmin gün onun axtarışına başlansa da, maşından başqa heç bir iz tapılmayıb.

Axtarışda mülki müdafiə zabitləri, Qırmızı Xaç nümayəndələri, Sporalandın komanda yoldaşları və könüllülər iştirak edir. Ancaq həm şəhərdə, həm də onun hüdudlarından kənarda aparılan axtarışlar hələlik nəticəsiz qalıb.

Qeyd edək ki, biatlon 20 km məsafəyə təxminən hər 3–5 km-dən bir tüfəng 4 dəfə atəş açmaqla xizək yürüşüdür.



Xəbər xətti

15 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin