Bakının Xətai rayonunda üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, qəza Babək prospektində qeydə alınıb.
Belə ki, BMW, BYD və "Khazar" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirindən avtomobillərdən biri idarəetmədən çıxaraq bordürün üzərinə çıxıb.
Qəza nəticəsində avtomobillərə ciddi maddi ziyan dəyib. Hadisə zamanı bir nəfər yüngül xəsarət alıb.
Əraziyə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.