logo
logo logo
logo

Fərman Həsənov ABŞ-dən olan rəqibinə qalib gəldi

21:16 - 27 İyun 2026

Fərman Həsənov ABŞ-dən olan rəqibinə qalib gəldi

Bakıda keçirilən “UFC Fight Night: Fiziev vs. Torres” tədbiri davam edir.


Manset.az Apasport-a istinadən xəbər verir ki, uartıq ilkin karta yekun vurulub.

    İlk mərhələnin son döyüşü yarımorta çəki dərəcəsində baş tutub.

    Azərbaycan təmsilçisi Fərman Həsənov ABŞ-dən olan Erik Nolanla qarşılaşıb. İlk raund həmyerlimizin üstünlüyü ilə keçib. Həsənov hissəni tam dominasiya ilə bitirib.

    Görüşün ikinci 5 dəqiqəsi Fərmanın çıxışı ilə yadda qalıb. Təmsilçimiz həm zərbə, həm də teykdaunların sayında rəqibini qabaqlayıb.

    Azərbaycanlı döyüşçü son raundda da üstün tərəf olub. Döyüşün qalibi mübarizədən sonra müəyyənləşib. Fərman Həsənov hakimlərin yekdil qərarı ilə üstün tərəf seçilib.

    Qeyd edək ki, gecənin əsas döyüşündə Rafael Fiziev Manuel Torreslə qarşılaşacaq.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az