“İkinci soyuq müharibə birincidən daha təhlükəli ola bilər” - Kissincer

12:45 - 26 Mart 2023

“İkinci soyuq müharibə birincidən daha təhlükəli ola bilər” - Kissincer

ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer hesab edir ki, ikinci soyuq müharibə birincidən daha təhlükəli ola bilər.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, o, bu barədə şənbə günü axşam İspaniyanın "El Mundo" qəzetinə müsahibəsində bildirib.

İkinci soyuq müharibənin potensial olaraq birincidən daha təhlükəli olub-olmaması ilə bağlı suala Kissincer müsbət cavab verib.

Onun fikrincə, bu, ABŞ və Çin arasında başlaya bilər. O, bunu bu ölkələrin müqayisə edilə bilən maliyyə resurslarına malik olması ilə izah edib. Qeyd edib ki, birinci soyuq müharibə zamanı vəziyyət belə olmayıb.

ABŞ-ın keçmiş dövlət katibi hesab edir ki, “Çinin qərbləşməsini gözləmək” artıq inandırıcı strategiya deyil.


Xəbər xətti

22 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin