"Çox istəyirəm ki, həyatımda sevgi olsun" - Çinarə

18:31 - 28 Mart 2023

"Çox istəyirəm ki, həyatımda sevgi olsun"

 

Müğənni Çinarə Məlikzadə şəxsi həyatı barədə sualları cavablandırıb.

Manset.az xəbər verir ki, o bu barədə "Şou xəbər"də danışıb:

"İkinci dəfə evlənmək üçün içimdə bir az qorxu var. Əslində, çox istəyirəm ki, həyatımda sevgi olsun. O da hər adamla olmur. Məncə, o qorxunu aşmışam. Amma ola bilər ki, şüuraltı qalıb. Bir də gördüz ki, qismətim qarşıma çıxdı. Ona görə heç nə deyə bilmərəm".

Qeyd edək ki, sənətçi aktyor Əlibəy Məmmədli ilə ailə qurub və illər öncə boşanıb.


Xəbər xətti

18 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin