logo
logo logo
logo

Süni intellekt şirkətlərinin səhmləri kəskin ucuzlaşdı

18:25 - 14 Sentyabr 2026

Süni intellekt şirkətlərinin səhmləri kəskin ucuzlaşdı

Süni intellekt sektoru ilə əlaqəli şirkətlərin səhmləri süni intellekt sahəsində çalışan rəhbərlərin texnologiyanın inkişaf tempinin ləngidilməsinə çağırış etməsindən sonra bazar ertəsi günü kəskin ucuzlaşıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Cənubi Koreyada çip istehsalçısı SK Hynix-in səhmləri 6,4 faiz, Samsung Electronics-in səhmləri isə 4,1 faiz dəyər itirib. “OpenAI” şirkətinin əsas investorlarından biri olan Yaponiyanın “SoftBank” şirkətinin səhmləri isə 10 faizdən çox ucuzlaşıb.

Avropada da səhmlərin qiymətində oxşar tendensiya müşahidə olunub. Yarımkeçiricilərin layihələndirilməsi və istehsalı ilə məşğul olan Almaniyanın “Infineon” şirkətinin səhmləri 7,6 faiz, Niderlandın çip nəhəngi “ASML” şirkətinin səhmləri isə 5,2 faiz geriləyib.

Bazarların diqqəti ABŞ fond birjalarının açılışına yönəlib. Texnologiya şirkətlərinin üstünlük təşkil etdiyi “Nasdaq” indeksinin təxminən 1,8 faiz geriləmə ilə açılacağı gözlənilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az