Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Penitensiar xidmətin rəisi - Ədliyyə Nazirinin müavini, general-leytenant Ceyhun Həsənovu vəzifəsindən azad edib. Digər sərəncamla Mirsaleh Seyidovu Penitensiar xidmətin rəisi - Ədliyyə Nazirinin müavini təyin edilib.
Manset.az Penitensiar xidmətin rəisi təyin edilən Mirsaleh Seyidovla bağlı məlumatlar əldə edib.
Əldə olunan məlumatlara görə Mirsaleh Seyidov Penitensiar Xidmətin Əməliyyat - Rejim İdarəsinin rəisi ədliyyə polkovnikidir. Onun adıçıkilən qurumda böyük təcrübə və nüfuz sahibi olduğu bildirilib.
Manşet.az