Məşhur idmançının həyat yoldaşını köpək balığı dişlədi

01:00 - 02 Avqust 2025

Məşhur idmançının həyat yoldaşını köpək balığı dişlədi

İtaliyanın basketbol yığmasının üzvü Danilo Qalinarinin hamilə həyat yoldaşını köpək balığı dişləyib.


Manset.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Sportando” məlumat yayıb.

Hadisə Puerto-Riko sahillərində baş verib. Eleanor Boy Şimali Karolina ştatının İsla Verde çimərliyində hücuma məruz qalıb.

Qadına dərhal lazımi tibbi yardım göstərilib, daha sonra müayinə olunmaq üçün tibb məntəqəsinə aparılıb. Onun sağ ayağının zədələndiyi qeyd edilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az