“Qarabağ”ın Konfrans Liqasında mümkün rəqibləri müəyyənləşdi

12:16 - 07 Avqust 2023

“Qarabağ”ın Konfrans Liqasında mümkün rəqibləri müəyyənləşdi

“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki mümkün rəqibləri müəyyənləşib.

 

Manset.az report-a istinadən xəbər verir ki, Azərbaycan çempionunun UEFA Avropa Liqasında HİK-lə (Finlandiya) təşkil etdiyi cütün məğlubu mübarizəni üçüncü dərəcəli turnirdə davam etdirəcək.

Bu cütün potensial rəqiblərindən ikisi Avropa Liqasında III raundun məğlubu, üçü isə Konfrans Liqasında III təsnifat mərhələsinin qalibi olacaq.

“Qarabağ” – HİK cütünün Konfrans Liqasında mümkün rəqibləri:

“Valmiera” (Litva) - “Partizani” (Albaniya) cütünün qalibi.

“Farul” (Rumıniya) - “Flora” (Estoniya) cütünün qalibi.

“Struqa” (Şimali Makedoniya) – “Svift” (Lüksemburq) cütünün qalibi.

Avropa Liqasında “Zrinski” (Bosniya və Herseqovina) - “Breydablik” (İslandiya) cütünün məğlubu.

Avropa Liqasında “Astana” (Qazaxıstan) - “Ludoqorets” (Bolqarıstan) cütünün məğlubu.

Qeyd edək ki, bu gün keçiriləcək Konfrans Liqasının püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az