"Qənirə süni nəfəs aparatındadır, heç bir reaksiya vermir" - Əmisindən üzücü AÇIQLAMA

19:36 - 24 Sentyabr 2023

Xəbər verdiyimiz kimi Millət Vəkili Qənirə Paşayeva komaya düşüb. O, hazırda Mərkəzi Klinikada koma vəziyyətində süni nəfəs aparatına qoşulub.

 

Manset.az deputatın vəziyyəti ilə bağlı onun əmisi professor Qəzənfər Paşayevlə təkrar əlaqə saxlayıb.

O saytımıza açıqlamasında  Qənirə Paşayevanın vəziyyətinin ağır olaraq qaldığını bildirib:

"Qənirə xanımın koma vəziyyəti davam edir. O hazırda süni nəfəs aparatına qoşulub və heç bir reaksiya vermir. Təzyiqində bir az irələyiş var. Dövlətimiz və həkimlərimiz Qənirə xanımın səhhəti ilə məşğuldur. İnşallah ki,  düzələr. Mən bilməzdim ki, insanlarımız Qənirə xanımı bu qədər sevər. Mən buna görə çox sevinirəm. İnanıram ki, insanların bu sevgisi Qənirə xanımı xilas edəcək. "

Manşet.az


Xəbər xətti

14 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin