Pensiya yaşı ilə bağlı mühüm AÇIQLAMA
1 Noyabr 2024
09:19 - 15 Oktyabr 2023
Bu ilin yanvar-sentyabr aylarında diri çəkidə 424,5 min ton ət, 1682,9 min ton süd, 1662,7 milyon ədəd yumurta, 15,1 min ton yun, 357 ton barama istehsal olunub.
Dövlət Statistika Komitəsindən Manset.az-a bildirilib ki, 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə ət istehsalı 3,2 faiz, süd istehsalı 1,7 faiz, yumurta istehsalı 11,9 faiz, barama istehsalı 4,6 faiz artıb, yun istehsalı isə 3 faiz azalıb. Kənd təsərrüfatının ümumi məhsulu 3 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 3,5 faiz, bitkiçilik məhsulları istehsalı 2,5 faiz artıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin