Sabah Bakıda beynəlxalq konfrans keçiriləcək

22:39 - 20 Noyabr 2023

Sabah Bakıda beynəlxalq konfrans keçiriləcək

Noyabrın 21-də Bakı Təşəbbüs Qrupu paytaxtımızda “Dekolonizasiya: Qadınların hüquqlarının və imkanlarının genişləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirəcək.

 

Manset.az xəbər verir ki, burada Fransa, ABŞ, Türkiyə, Rusiya, Əlcəzair, Seneqal, Nigeriya, Tanzaniya, Uqanda və Keniya da daxil olmaqla 18 ölkədən 40-dan çox nümayəndə iştirak edəcək.

Komor adaları, Hindistan və Fransanın bir neçə dənizaşırı ərazilərindən - Yeni Kaledoniya, Martinika, Fransa Polineziyası, Qvadelupa, Fransa Qvianası və Korsikadan da nümayəndələrin iştirak edəcəyi gözlənilir.

Tədbirin əsas məqsədi 21-ci əsrdə davam edən neokolonializm siyasəti nəticəsində hələ də müstəmləkə altında olan ərazilərdə qadınların ağır vəziyyətinə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməkdir.(report)


Xəbər xətti

15 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin