Avtomobil ağaca çırpıldı - 2 qardaş öldü 

14:20 - 10 May 2025

Avtomobil ağaca çırpıldı - 2 qardaş öldü 

Şabran rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası olub.


Manset.az-ın məlumatına görə, Gəndob-Yalama avtomobil yolunun Şabran rayonu Şahnəzərli kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, hərəkətdə olan "VAZ-21015" markalı minik avtomobilinin ağaca çırpılması nəticəsində Şabran rayonu Gəndob kənd sakinləri, Elməddin və Əmrəli Fərzəliyevlər ölüblər. 

Hadisə ilə bağlı araşdırma aparılır.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv