10 yaşlı məktəblini maşın vurdu

18:49 - 10 May 2025

10 yaşlı məktəblini maşın vurdu

Lənkəranda baş verən qəzada məktəbli xəsarət alıb.


Manset.az Apa-ya istinadla xəbər verir ki, hadisə Lənkəran-Lerik magistralında, Lənkəran rayonunun Şovu kəndi ərazisində baş verib. Hərəkətdə olan nəqliyyat vasitəsi piyada 10 yaşlı M.A-nı vurub.

Xəsarət alan məktəbli dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə hospitalizasiya olunub. Yaralılya zəruri ilkin tibbi xidmətlər göstərilib. Müalicəsi müvafiq şöbədə davam etdirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv