Yaponiyanın ən yaşlı insanı 116 yaşında dünyasını dəyişdi

14:21 - 12 Dekabr 2023

Yaponiyanın ən yaşlı insanı 116 yaşında dünyasını dəyişdi

Yaponiyanın “ən yaşlı adamı” kimi tanınan Tatsumi Fusa 116 yaşında dünyasını dəyişib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 25 aprel 1907-ci ildə Osakanın Yao rayonunda anadan olan Tatsumi həyatının təxminən son 10 ilini Kaşivaradakı qayğı mərkəzində keçirib.

Milli mətbuatda 110 yaşına qədər əsas ehtiyaclarını təkbaşına ödəyə bilən Tatsuminin ayın əvvəlindən nəfəs almaqda çətinlik çəkdiyi bildirilib. Sentyabr ayında dövlət televiziyası NHK-də "Yaşlılara Hörmət Günü" çərçivəsində yayımlanan görüntülərdə Tatsumi təkərli arabada görülüb.

Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyinin qeydlərinə görə, Tatsumi bu titulu 2022-ci ilin aprelində 119 yaşlı, “Yaponiyanın ən yaşlı insanı” Tanaka Keynin vəfat etməsindən sonra alıb.

Əfsanə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv