Çin Xarici İşlər Nazirliyi Hindistanın Pakistanda həyata keçirdiyi hərbi əməliyyatdan narahatlığını ifadə edərək, Hindistan və Pakistanı təmkinli olmağa çağırıb.
Manset.az-ın məlumatına görə, bu gün yayımlanan rəsmi bəyanatda hər iki ölkənin həm biri-birinin, həm də Çinin qonşusu olduğu vurğulanıb.
Açıqlamada həmçinin tərəflərdən sülh və sabitliyə uyğun davranış, eləcə də vəziyyəti gərginləşdirəcək addımlardan çəkinmək tələb olunub.