“La Casa de Papel”in ulduzu şəhər meydanına çıxıb Qəzza mesajı verdi

14:44 - 12 Dekabr 2023

“La Casa de Papel”in ulduzu şəhər meydanına çıxıb Qəzza mesajı verdi

İspaniyanın Gernika şəhərində Qəzzaya dəstək nümayişi keçirilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, "La Casa de Papel" serialında Müfəttiş Raquel obrazını canlandıran Itziar Ituno da Fələstinə dəstək nümayişinə qatılıb.

Məşhur aktrisa Qəzzada tez bir zamanda atəşkəs elan olunmasını istəyib.

Ituno İsrailin Qəzzaya hücumunu pisləyib və Fələstinlə həmrəyliyə çağırıb:

"İşğal etdiyiniz Fələstin torpaqları bizim də torpaqlarımızdır. Qətlə yetirdiyiniz hər bir fələstinli uşaq bizim də övladlarımızdır. Biz bu soyqırımı seyr etməyəcəyik"

Qeyd edək ki, Itziar Ituno tez-tez sosial media hesabında İsrailin Qəzzaya hücumlarını pisləyən paylaşımlar edir.

La Casa de Papel'in yıldızı Itziar Ituno'dan Gazze mesajı: Bu soykırıma seyirci kalmayacağız

La Casa de Papel'in yıldızı Itziar Ituno'dan Gazze mesajı: Bu soykırıma seyirci kalmayacağız

Əfsanə

Manşet.az

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv