Səttar Möhbalıyev yenidən Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri seçildi

11:58 - 20 Dekabr 2023

Səttar Möhbalıyev yenidən Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri seçildi

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) növbədənkənar VI qurultayında sədr seçilib.

 

Manset.az xəbər verir ki, Səttar Möhbalıyev qurumun yenidən sədri seçilib.

Təklif səsverməyə qoyularaq yekdilliklə qəbul edilib.

Qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) növbədənkənar VI qurultayı keçirilir.

Tədbirdə 5 məsələ müzakirə olunacaq.

Qurultayın gündəliyindəki məsələlərdən biri də Azərbaycan lideri İlham Əliyevin prezidentliyə namizədliyinin dəstəklənməsidir.

Tədbirdə 2 194 nümayəndə iştirak edir.

Qeyd edək ki, 2024-cü il fevralın 7-də ölkədə növbədənkənar Prezident seçkiləri keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az