Festival ərəfəsində yanğın panikası - Əsas səhnə kül oldu

11:59 - 17 İyul 2025

Festival ərəfəsində yanğın panikası - Əsas səhnə kül oldu

Belçikada Tomorrowland  musiqi festivalının əsas səhnəsi yanıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə, festivalın hazırlıq mərhələsində baş verib.

Məlumata görə, xəsarət alan olmayıb. Festivalın təşkilatçıları yanğına baxmayaraq, tədbirin davam edəcəyini açıqlayıblar.

"DreamVille" düşərgəsi planlaşdırıldığı kimi açılacaq.

Yanğın zamanı festival yerində heç bir tamaşaçı olmayıb və hazırlıq işlərində iştirak edən 1000 əməkdaş təhlükəsiz şəkildə təxliyə edilib. Yanğının səbəbləri araşdırılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az