İndoneziyanın Sumba adasında 5,9 bal gücündə zəlzələ baş verib.
Manset.az xəbər verir ki, bu barədə Avro-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat verib.
Məlumata görə, zəlzələnin episentri 37 kilometr dərinlikdə yerləşib.
Təhlükəsizlik və insan tələfatı ilə bağlı rəsmi məlumatlar hələ ki, açıqlanmayıb. Zəlzələnin yerli əhaliyə təsirinin olub-olmadığı ilə bağlı araşdırmalar davam edir.