Pakistanda siyasətçilərə hücum etməyə hazırlaşan DEAŞ terror təşkilatı üzvünün həbs olundu.
Manset.az Daun qəzetinə istinadən xəbər verir ki, polis Hayber Paxtunxva əyalətinin Peşəvər şəhərində siyasətçilərə hücum etməyə hazırlaşan DEAŞ/H terror təşkilatı üzvü iki terrorçuya qarşı əməliyyat keçirib.
Sözügedən iki terrorçu əməliyyat zamanı yaxalanıb.
Səlahiyyətlilər terrorçuların Əfqanıstanın Pktika əyalətində təlim keçdiyini bəyan edərək, bu şəxslərin İslam Üləmaları Cəmiyyətinin (JUI-F) lideri Mövlana Fəzlur Rəhman və Milli Xalq Partiyasından Eymal Vəli Xana hücum etməyə hazırlaşdıqlarını açıqlayıb.
Jalə
Manşet.az