Florian Virts Almaniyada mövsümün futbolçusu seçildi

01:00 - 11 Avqust 2025

Florian Virts Almaniyada mövsümün futbolçusu seçildi

Bu mövsüm "Bayer Leverkuzen"dən "Liverpul"a keçən hücumameyilli yarımmüdafiəçisi Florian Virts Almaniya Bundesliqasında mövsmün futbolçusu seçilib.


Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, bu, "Kicker" nəşri tərəfindən idman jurnalistləri arasında keçirilən sorğuya əsasən məlum olub.

Sorğunun nəticələrinə görə, Virts 191 səs toplayıb. "Bavariya"nın yarımmüdafiəçisi Maykl Olise 81 səslə ikinci olub. "Ştutqart"ın hücumçusu Nik Voltemade 71 səslə ilk üçlüyü tamamlayıb.

Qeyd edək ki, ötən mövsüm 22 yaşlı Virts bütün turnirlərdə 45 oyun keçirib, 16 qol vurub və 15 məhsuldar ötürmə edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az