Tramp dünyanın ən təhlükəli şəhərlərindən birininin adını çəkdi 

09:38 - 10 Avqust 2025

Tramp dünyanın ən təhlükəli şəhərlərindən birininin adını çəkdi 

"Küçə cinayətlərinin artması səbəbindən Vaşinqton dünyanın ən təhlükəli şəhərlərindən birinə çevrilib".


Manset.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında paylaşıb.

Ölkə lideri ABŞ paytaxtının hazırda təhlükəli olduğunu bildirib, lakin yaxın vaxtlarda bunu düzəldəcəyinə söz verib. 

"Bazar ertəsi Ağ Ev Vaşinqtonda zorakı cinayətlərə son qoyacaq mətbuat konfransı keçirəcək", - o əlavə edib.

Trampın bu açıqlamasına səbəb bir müddət əvvəl bir qrup yeniyetmənin 19 yaşlı sahibkar, İlon Maskın keçmiş köməkçisi Edvard Koristinə qarşı vəhşicəsinə hücumu olub. Məhz bundan sonra Tramp Vaşinqtonda cinayətkarlığa qarşı tammiqyaslı mübarizəyə başlayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az