Xoşqədəm və Doğuş cütlüyü məhkləməyə verdikləri "Show TV"nin məşhur aparıcısı Didem Aslanı məhkəmədə udub. Bu barədə Doğuşun vəkili Feyza Altun məlumat verib.
Manset.az-ın əldə etdiyi məlumata görə, cütlüyün Didem Aslanı məhkəməyə verməsinə səbəb aparıcının öz proqramında Xoşqədəm və Doğuş cütlüyünün şəxsi həyatı ilə bağlı şayiələr yayması və şər atması olub.
Məhkəmənin nəticəsi olaraq Didem Aslan vurduğu mənəvi zərərə görə, yüklü miqdarda təzminat verəcək. Əldə olunan təzminat Doğuş tərəfindən "Xərçəngsiz Həyat Dərnəyi"nə bağışlanacaq.