İsrail bu raketlərlə BMT məktəbinə zərbə endirdi

20:59 - 06 İyun 2024

İsrail bu raketlərlə BMT məktəbinə zərbə endirdi

Qəzza zolağının mərkəzində yerləşən Nuseyratda BMT-nin məktəbinə hava hücumu zamanı Amerika istehsalı olan sursatlardan istifadə edilib.

Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, hücum zamanı GBU-39 markalı iki kiçik diametrli bombadan istifadə edilib.

Anklavın səhiyyə nazirliyinin sözçüsü bildirib ki, zərbə nəticəsində 45 nəfər ölüb.

Bəzi mənbələrdə məktəbə azı üç mərmi atıldığı bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az