"Hesab edirəm ki, 1 sentyabr Növbədənkənar Parlament seçkilərindən sonra Azərbaycan Parlamentində müəyyən qədər yeni simalar olacaq. Ötən Parlamentdə kimlərin fəaliyyətindən razı qalıb-qalmamaq məsələsinə gəldikdə ilk növbədə həmin millət vəkillərini seçən seçicilərdən soruşmaq daha yaxşı olardı ki, seçdiyiniz millət vəkilləri sizin sosial-iqtisadi və digər problemlərinizin həllində yardımçı ola bildilərmi? Sizin mövcud problemlərinizi parlament kürsüsündən aidiyyatı orqanlara çatdırma imkanları ola bildimi?"
Manset.az Azxeber.com-a istinadən xəbər verir ki, bu sözləri açıqlamasında tanınmış jurnalist, "Vətəninfo.az" informasiya portalının baş redaktoru Nahid Canbaxışlı deyib.
Baş redaktor bildirib ki, 125 deputatın içərisində 10-15-i var ki, onlar yenidən seçilsələr daha yaxşı olar:
"Mən düşünürəm ki, Azərbaycanda 44 günlük Vətən Müharibəsindən sonra əldə olunan qələbələr bütövlükdə Azərbaycan cəmiyyətinin həm regional, eyni zamanda beynəlxalq aləmdə nüfuzunun artması birbaşa Ali Baş Komandan İlham Əliyevin və Azərbaycan Ordusunun qələbəsidir. Azərbaycan Parlamentinin bu qələbədə hansısa payını və rolunu deyə bilmərik. Parlamentarilərin fəaliyyətinə gəldikdə isə onu deyə bilərik ki, bir çox millət vəkilinin öz seçiciləri ilə işləmə prinsipini yüksək qiymətləndirirəm. Həmin millət vəkilləri yenidən seçilmə imkanına, hüququna malikdirlər və seçilsələr daha yaxşı olar. Adbaad qeyd etdiyim deputatların adını çəkib hansısa şkalayla qiymətləndirmək niyyətində də deyiləm. Amma 125 millət vəkili içərisində bunun 5-6 və yaxud bir az da dərinə gedib müəyyən qədər araşdırsaq, 10-15 deputata çatar-çatmaz. O ki, qaldı ümumi məsələlərlə bağlı müzakirələrdəki fikirlərə... Əlbəttə ki, bir çox millət vəkilinin həm komitələrin iclasında, həm də Parlamentin cari məsələlərə ayırdığı vaxtda müəyyən qədər çıxışları olub. Bu da ictimaiyyətə işləməyə xatir olub. Yəni görsünlər ki, biz doğrudan da Parlamentdə susqun millət vəkilləri sırasında deyilik".
Baş redaktor konkret adlar da çəkib:
"Mənim üçün Malik Həsənovun, Ziyad Səmədzadə kimi yaşlı deputatların yenidən namizəd olması və deputat seçilməsi çox maraqsızdır. Onlar yenidən seçilib nə edəcəklər? 84 yaşlı Ziyad Səmədzadə nə iş görə bilər? Malik Həsənov seçilib nə edəcək? Əgər Cəlilabadda normal seçki keçirilsə, Malik Həsənov ən az səs toplayan namizəd olar. Öz dostlarından başqa ona səs verən olmayacaq".
N. Canbaxışlı hesab edir ki, qarşıdakı illərdə yaşlı və ayağı yer tutmayan deputatlar parlamentdə təmsil olunmayacaq:
"Düşünürəm ki, qarşıdakı illərdə ölkədə referendum keçiriləcək və Azərbaycan Konstitusiyasında vacib və əhəmiyyətli dəyişikliklər olacaq. Yəqin ki, Azərbaycan Parlamentində deputat sayı da artırılacaq. Biz bu saydan sonra növbəti seçkilərdə yeni seçki və simalar görərik. Güman edirəm ki, ayağının birini aparıb, digərini yadından çıxaran insanlar Parlamentdə olmazlar. Çünki onların son seçkisi idi.
Bilirsiniz, Azərbaycan Parlamentində o qədər qəribə hadisələr baş verir ki, bunu görməməzlikdən gəlmək düzgün deyil. Mən çox istəyərdim ki, siz sualı daha çox bu yöndə qoyasınız ki, niyə və hansı səbəbdən hakim partiya bu parlament seçkilərində öz namizədlərinin Azərbaycan mediasında təbliğatına qadağa qoyur? Mən sizə Azərbaycan Parlamentinin fəaliyyətini yaxından izləyən biri kimi səmimi deyirəm ki, Parlamentin sədri Sahibə Qafarova çox gözəl, mədəni və əxlaqi şəkildə Milli Məclisi idarə edib. Ayrı-seçkilik etməyib, müxalifətə biganə yanaşmayıb. Bitərəf mövqe sərgiləyərək qarşıdurma yaratmadan Parlamentin idarə olunmasını həyata keçirib. Mən Sahibə xanımın bu cür yüksək intellektual keyfiyyətə malik bir xanım olduğuna görə ona təşəkkür edirəm ki, digər ölkələrin parlamentlərindən fərqli olaraq Azərbaycan Parlamentində hansısa özbaşınalıqlar baş verməyib. Bu baxımdan, bəlkə də yeganə olaraq həm Sahibə xanımın, eyni zamanda müxalif siyasi düşərgədən Tahir Kərimlinin, Fazil Mustafanın, Qüdrət Həsənquliyevin, YAP-dan isə Siyavuş Novruzovun fəaliyyətini yüksək qiymətləndirmək olar. Siyavuş bəy hakim siyasi partiyanın üzvüdür. Millət vəkili olaraq haqları tapdalanan insanların hüquqlarının müdafiəsi istiqamətində çox ciddi çıxışları olub".
“125 deputatdan sadəcə 10-15-i…” - Baş redaktor sərt danışdı
15:17 - 21 Avqust 2024

Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər

Hikmət Hacıyev Konqresdə sülh gündəliyindən danışdı - FOTO

Hikmət Hacıyev ABŞ Dövlət katibinin müavini ilə görüşdü

"Vaşinqton razılaşmaları Azərbaycanın hərbi qələbəsinin diplomatik təsdiqidir"

Prezident Bakıda açılışda - FOTOLAR

Hikmət Hacıyev ABŞ-də - "907-ci düzəliş ləğv edilməlidir"

Azərbaycan XİN-dən Dohaya hücuma MÜNASİBƏT

Daxili qoşunlarda struktur forması dəyişir - Yeni qanun

Milli Məclisin xüsusi iclası keçirilir

Prezidentdən Zəngəzur mesajı - Qitələri birləşdirəcək LAYİHƏ

Bakıda forum keçirilir - Prezident müraciət etdi

Sumqayıt Kimya Sənaye Parkının adı dəyişdirildi - FƏRMAN

İlham Əliyev SƏRƏNCAM imzaladı
Xəbər xətti
- 11 Sentyabr 2025
- 11:59 MİQ imtahanının ödənişli olması ilə bağlı nazirdən AÇIQLAMA
- 11:55 Bəzi məktəblərdə dərslər onlayn olacaq
- 11:47 Naxçıvanda əkin subsidiyaları artırıldı- FOTO
- 11:42 Hansı müəllimlər işdən çıxarılacaq? - Nazirdən AÇIQLAMA
- 11:36 Nepalda etirazlardan sonra baş nazir istefa verdi
- 11:30 "Qalatasaray" dan yeni transfer QƏRARI
- 11:22 Ötən il bu qədər bağça müdiri işdən çıxarılıb
- 11:15 Yeni tədris ilində 2,2 milyon şagird və tələbə....- Nazir rəqəmləri açıqladı
- 10:53 Pul alındı, müştəri bloka atıldı - Bakıda onlayn səhifənin dələduzluğu
- 10:42 11 yaşlı uşaq faciəvi şəkildə öldü - Ağdaşda DƏHŞƏT
- 10:31 Hikmət Hacıyev Konqresdə sülh gündəliyindən danışdı - FOTO
- 10:19 Ağcabədidə ana doğuş zamanı öldü - Körpə xilas edildi
- 10:15 Türkiyə 4 günlük iş rejiminə KEÇİD EDİR
- 10:15 Qurban Qurbanov 2 milyon manatdan niyə imtina edib? - VİDEO
- 10:08 SON DƏQİQƏ! Türkiyədə zəlzələ oldu
- 10:00 Gəlininə qumbara atan qayınataya görün nə cəza verildi
- 09:39 Neftimizin bu günə QİYMƏTİ
- 09:24 Dünya çempionu 40 yaşında karyerasını bitirdi
- 09:18 "Formula-1"ə görə Bakıda bağlanacaq yolların SİYAHISI
- 08:59 Bakının hansı küçələrində sıxlıq var?
- 08:30 Bu ölkədə uşaqları siqaret çəkən valideynlər cəzalandırılacaq
- 08:00 Yaş artdıqca musiqi zövqü necə dəyişir?
- 01:30 "Beşiktaş" və "Trabzonspor" onun üçün yarışda
- 00:30 Dağıstanda güclü daşqın və sel - Evlər su altında qaldı
- 00:12 Şadlıq saraylarında monitorinqlər keçiriləcək
- 10 Sentyabr 2025
- 23:56 "Qarabağ"dan sürpriz hücumçu transferi
- 23:43 Toydan qayıdan 4 nəfər ağır qəzaya düşdü
- 23:25 Klublarımızın transfer gündəmi: Kimlər gəldi, kimlər getdi?
- 22:48 Meteohəssas insanların DİQQƏTİNƏ
- 22:23 Mask artıq dünyanın ən varlı adamı deyil
- 21:53 Velosipeddən yıxılan azyaşlı öldü - Gəncədə FACİƏ
- 21:24 Bakıda məşhur uşaq bağçasından ŞOK GÖRÜNTÜLƏR
- 20:51 Tovuzda avtomobillər körpüdən aşdı
- 20:26 “Qızı yoldaşımdan içkili olanda istəyiblər” - Yeniyetmənin anası
- 19:41 Bəzi ərazilərdə qaz kəsiləcək - Sakinlərin nəzərinə
- 19:38 "Neftçi" bu futbolçu ilə yollarını ayırdı
- 19:17 Hava ilə bağlı gəmilərə XƏBƏRDARLIQ
- 18:52 Aeroport yolunda QƏZA - Xəsarət alan var
- 18:44 İsrail Yəmənin paytaxtına zərbə endirdi
- 18:26 22 yaşlı qızı oğurlayan şəxs həbs edildi
- 18:17 Hazırda 16 yolda tıxac var - SİYAHI
- 17:59 "Dövlət təşkilatları eyni nöqsanları təkrarlayır" - Hesablama Palatası
- 17:53 "Beşiktaş"dan yeni transfer
- 17:38 Hikmət Hacıyev ABŞ Dövlət katibinin müavini ilə görüşdü
- 17:28 İğdır Universitetinin rektoru ADU-da - FOTOLAR
- 17:20 "BakuBus" avtobusları yolda TƏHLÜKƏ SAÇDI - VİDEO
- 16:55 “DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?
- 16:29 Məşhur aktyor 20 milyona mülk aldı
- 16:17 Osimhen yoxlamalardan keçdi - Durumu açıqlandı
- 16:11 "Aygün Kazımova ilə buna görə insident yarandı" - Eldəniz Məmmədovdan AÇIQLAMA
- 16:08 Bu şəhərlər arasında birbaşa uçuşlar bərpa olunur

