HHM Qoşunlarının radiotexniki bölmələri ilə taktiki-xüsusi təlim keçirilir - FOTOLAR

18:15 - 21 Avqust 2024

HHM Qoşunlarının radiotexniki bölmələri ilə taktiki-xüsusi təlim keçirilir - FOTOLAR

Cari ilin hazırlıq planına uyğun olaraq, Hərbi Hava Qüvvələrinin (HHQ) Hava Hücumundan Müdafiə (HHM) Qoşunlarının radiotexniki bölmələri ilə taktiki-xüsusi təlim keçirilir.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, plana uyğun olaraq həyəcan siqnalı ilə qaldırılan bölmələr döyüşə hazır vəziyyətə gətirilib, kiçikölçülü, aşağı hündürlüklü və az sürətli hədəflərin vaxtında aşkarlanması və aidiyyəti üzrə bölmələrə ötürülməsi üzrə tapşırıqları icra ediblər.

Təlimin keçirilməsində əsas məqsəd şərti düşmənin qəfil hava hücum vasitələrinin dəf edilməsi zamanı idarəetmə heyətinin praktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də müxtəlif və mürəkkəb hava, yer, radioelektron şəraitlərdə radiotexniki və rabitə vasitələrinin döyüş imkanlarından effektiv istifadə üsullarının öyrənilməsidir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az