Son sutkada koronaya yoluxanların sayı açıqlanıb - FOTO

15:15 - 03 Noyabr 2021

Son sutkada koronaya yoluxanların sayı açıqlanıb - FOTO

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2256 yeni yoluxma faktı qeydə alınıb, 2208 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.



Nazirlər Kabineti yanında Operativ Qərargahdan Manset.az-a  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 537 004 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 499 571 nəfər müalicə olunaraq sağalıb, 7 153 nəfər vəfat edib, aktiv xəstə sayı 30 280 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 102, ötən müddət ərzində isə ümumilikdə 5 227 688 test aparılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az