Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə oktyabrın 2-dən 8-dək ölkəmizdə ilk dəfə "Baku Cinema Breeze" adlı böyük film festivalı keçiriləcək. Tədbirin açılış mərasimi oktyabrın 2-də Heydər Əliyev Mərkəzində baş tutacaq.
Manset.az xəbər verir ki, "Baku Cinema Breeze" indiyə qədər ayrı-ayrılıqda təşkil olunan bir sıra tanınmış festivalları bir araya gətirərək dünya kinematoqrafiyasının şedevrlərini nümayiş etdirmək üçün vahid şəbəkə rolunu oynayacaq.
Tədbirdə müvafiq dövlət qurumlarının rəhbərləri, yaradıcı sektorun təmsilçiləri, beynəlxalq və yerli təşkilatların nümayəndələri, yüzlərlə yaradıcı şəxs, şirkətlər və ictimai birliklər iştirak edəcəklər.
Festival çərçivəsində şərq ölkələrinin filmlərinin dünyaya tanıdılması üçün vacib bir platforma rolunu oynayacaq “Omarket” (Şərq ölkələrinin kino marketi) də təşkil olunacaq. “Omarket”in açılışı oktyabrın 3-də Heydər Əliyev Mərkəzində reallaşacaq.
Qeyd edək ki, festival müddətində Nizami Kino Mərkəzi, “CineMastercard Azərbaycan” kinoteatrı, “YARAT” Müasir İncəsənət Məkanı, “Kapellhouse Baku”, “Landmark” və “YAY Gallery” məkanlarında paytaxt sakinləri və qonaqları, ümumilikdə bütün kinosevərlər üçün film nümayişləri təşkil olunacaq.
Tədbirin məqsədi Azərbaycanı regionda kino sənayesinin mərkəzi kimi tanıtmaq, kino mədəniyyətini inkişaf etdirmək və yerli ekosistemi bir çətir altında birləşdirməkdir.
“Baku Cinema Breeze” festivalı ABŞ, Kanada, Hindistan, Niderland, Türkiyə, Almaniya, Portuqaliya, BƏƏ, Yunanıstan, Koreya, Gürcüstan, Estoniya və digər ölkələrdən kino sənayesi nümayəndələrini, həmçinin dünya kinematoqrafiyasının tanınmış simalarını Azərbaycanda bir məkana toplayacaq.
Audiovizual sənayesinin inkişafına istiqamətlənən bu tədbir Mədəniyyət Nazirliyinin “Yaradıcı Azərbaycan” layihəsi çərçivəsində həyata keçirilir.
"Baku Cinema Breeze" beynəlxalq film festivalının açılışına sayılı günlər qaldı
11:33 - 01 Oktyabr 2024
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
05 Noyabr 2026 - 18:47
Mirziyoyev İlham Əliyevi təbrik etdi
05 Noyabr 2026 - 15:45
Prezident bir qrup media nümayəndəsini təltif etdi - SƏRƏNCAM
05 Noyabr 2026 - 17:22
Bakıda yağış yağır - FAKTİKİ HAVA
05 Noyabr 2026 - 12:53
Ərdoğan Azərbaycana səfər edəcək
05 Noyabr 2026 - 20:07
Bu şəxslər 3600 manat maaş alacaq
05 Noyabr 2026 - 17:51
Prezident bu məşhur aparıcıları da təltif etdi
05 Noyabr 2026 - 12:47
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
05 Noyabr 2026 - 13:30
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
05 Noyabr 2026 - 17:48
Azərbaycanda ərli qadını qaçıran evli kişi həbs olundu
05 Noyabr 2026 - 13:24
Azərbaycanda "İkinci əl" avtomobillər yeni prosedurla satılacaq
05 Noyabr 2026 - 13:40
Restoran və kafe işlədənlər üçün yeni güzəşt olacaq
05 Noyabr 2026 - 17:55
Gömrükdə bəyan edilməmiş tibbi mallar ələ keçirildi
Xəbər xətti
- 06 Noyabr 2026
- 12:37 Vergi borclarına görə hesablanan faizlər iki dəfə azaldıla bilər
- 12:27 AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir - FOTOLAR
- 12:20 "Qarabağ, sən dirçəlirsən!" adlı fləşmob keçirildi - VİDEO
- 12:15 Şəhid ailələri ilə bağlı yeni güzəşt
- 12:10 Bu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək
- 12:05 İtaliyada ayda 1 avroya yaşaya bilərsiniz - Yalnız bu şərtlə
- 12:05 Yol polisindən sürücülərə MÜRACİƏT
- 12:00 Trampın Avropadakı ən yaxın siyasi müttəfiqləri ondan uzaqlaşır
- 11:56 Mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq
- 11:52 Türkiyədə ağır qəza - Ölən və yaralananlar var
- 11:43 Bayram günlərinin geomaqnit hava proqnozu açıqlandı
- 11:37 Türkiyədə zəlzələ baş verdi
- 11:27 Kəmaləddin Heydərov bayramla əlaqədar tapşırıqlar verdi
- 11:20 Gürcüstanda azərbaycanlı qardaşları öldürən şəxs yaxalandı - VİDEO
- 11:13 Əcnəbilər üçün yeni dövlət rüsumları müəyyənləşdi
- 10:55 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakim açıqladı
- 10:50 “Azeri Light” bahalaşdı
- 10:45 Cinayətdə şübhəli bilinən 67 nəfər tutuldu
- 10:40 Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq
- 10:33 Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü
- 10:20 Mingəçevirdə 2 nəfər bataqlıqdan xilas edildi
- 10:10 Bakıda oktyabrda avtobusla 54 milyona yaxın sərnişin daşınıb
- 10:02 İnəkdən sağılan və balalarına içirdilən süd də uçota alınacaq - Yeni qərar
- 09:54 “Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
- 09:46 Kuryerlər 15 manat vergi verəcəklər
- 09:41 Quba və Qusara qar yağdı
- 09:35 Fatmayıda partlayış - 2 nəfər xəsarət aldı
- 09:20 Gəncədə evdən kişi meyiti tapıldı
- 09:15 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi
- 09:05 İnterpolla axtarılan şəxs Almaniyadan Azərbaycana gətirildi
- 08:57 Paytaxtın bəzi yollarında sıxlıq var - SİYAHI
- 08:30 Bir neçə vitamini eyni vaxtda qəbul etmək olarmı?
- 08:00 60 yaşdan sonra dost çevrəsinin kiçilməsinin səbəbləri
- 01:30 Bir ayağın qəfil şişməsi ciddi xəstəliyin əlaməti ola bilər
- 00:30 “Liverpul”un qapıçısı klubdan gedir?
- 05 Noyabr 2026
- 23:58 Aeroport yolunda sürət həddi endirildi
- 23:43 Şəkidə 2 maşın toqquşdu - Yaralılar var
- 23:29 Bəzi ərazilərdə işıq olmayacaq - Sakinlərin NƏZƏRİNƏ
- 23:11 Azərbaycanın Türkiyədəki səfiri Binəli Yıldırımla görüşdü
- 23:00 Balakən xəstəxanasına yeni direktor təyin edildi - FOTO
- 22:42 39 yaşlı kişi bıçaqlandı - Qonşusu şübhəlidir
- 22:29 Paraqvay Prezidenti istefa verdi
- 22:16 Zelenski Trampın həyat yoldaşını təltif etdi
- 21:51 Lökbatan hövzəsi üzrə yeni irimiqyaslı layihə - VİDEO
- 21:32 Köhnə sənədlə evini qeydiyyata alanlar rüsum ödəyəcək
- 21:22 Mətbuat Şurası sədrinin müavinləri müəyyənləşdi - FOTO
- 21:16 Ronaldo üçün vida mərasimi keçiriləcək
- 20:33 Nigar Həmzəyevadan sonra Elvin Hacıyev də Səhiyyə Nazirliyindəki işindən ayrıldı
- 20:31 Türkiyədə silahlı hücum - 7 ölü var
- 20:07 Bu şəxslər 3600 manat maaş alacaq
- 19:57 Sabah Ağdaşın bəzi ərazilərində qaz olmayacaq