“AZAL-a məxsus təyyarənin Rusiyanın hava məkanında vurularaq qəzaya uğraması və nəticədə baş vermiş çoxsaylı insan tələfatı bütün xalqımızı sarsıdan bir faciədir. Bu hadisə tam dəqiqliyi ilə araşdırılacaq və bütün təfərrüatlar müəyyən edilərək həm Azərbaycan, həm də beynəlxalq ictimaiyyətə təqdim olunacaq”.
Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat bildirib ki, təhqiqatın birbaşa cənab Prezident İlham Əliyev tərəfindən diqqətdə saxlanması buna heç bir şübhə yeri qoymur. “Dekabrın 29-da möhtərəm dövlət başçımızın Azərbaycan Televiziyasına verdiyi müsahibədə də qəza ilə bağlı ölkə ictimaiyyətini narahat edən bütün məqamlar barədə detallı açıqlamalar öz əksini tapmışdır. Cənab Prezident hər zaman olduğu kimi, prinsipial və qətiyyətli mövqe nümayiş etdirərək baş verənləri obyektiv qiymətləndirdi və Azərbaycanın gözləntilərini açıq mətnlə ifadə etdi. Qeyd olundu ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və məhz bu səbəbdən idarəetməni itirmişdir. Bu da məlumdur ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Təəssüflər olsun ki, Rusiyanın bəzi dairələri müəyyən əsassız versiyalar üzərində dayanmağa üstünlük verərək, məsələni ört-basdır etmək istəyirlər. Əlbəttə ki, burada hər hansı bir qəsddən, terror aktı törətmək məsələsindən söhbət gedə bilməz. Bununla belə, Azərbaycanın Rusiya tərəfinə konkret tələbləri var. Cənab Prezident bu tələbləri açıq mətnlə səsləndirdi və bildirdi ki, birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir, ikincisi, öz günahını etiraf etməlidir və üçüncüsü, günahkarları cinayət məsuliyyətinə cəlb etməklə cəzalandırmalıdır. Bu tələblər birmənalı olaraq ədalətlidir. Qeyd edək ki, bu tələblərdən birincisi artıq təmin edilib və ümid edirik ki, Rusiya tərəfi düzgün qərar qəbul edərək, Azərbaycanın digər iki tələbini də təmin edəcək.”
Fikirlərini davam etdirən K.Qafarov baş vermiş faciə zamanı Qazaxıstanın əsl dost mövqeyi nümayiş etdirdiyini xüsusi vurğulayıb: “Cənab Prezident İlham Əliyevin müsahibəsində qeyd olunduğu kimi, qəza baş verən kimi Qazaxıstan xilasediciləri dərhal hadisə yerinə yetişmiş və insanları dağılmış füzelajdan çıxartmağa başlamışlar. Qazaxıstan xilasediciləri və həkimləri öz həyatlarını riskə atmaqla əsl qəhrəmanlıq göstərmişdilər. Bütün bunlar Azərbaycan xalqının qəlbində çox böyük iz buraxmışdır. Adi vətəndaşlar bizim Aktaudakı konsulluğa gələrək gül qoydular, öz münasibətlərini bildirdilər, Azərbaycanla həmrəy olduqlarını bildirdilər. Möhtərəm dövlət başçımızın dediyi kimi, bu, əsl dostluq, qardaşlıq nümayişi idi. Baş vermiş hadisə faciə ilə nəticələnsə də, Azərbaycanla Qazaxıstan arasında dostluğu və qardaşlığı daha da gücləndirdi” .
“Azərbaycanın mövqeyi prinsipial və ədalətlidir” - Kamaləddin Qafarov
10:47 - 09 Yanvar 2025

Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər

Əli Kərimovun statusu - Tarixə təhrif, xalqa nifrət

Prezident Yamayka Baş nazirini təbrik etdi

Nazir müavini işdən çıxarıldı

Əli Əsədov Türkmənistan Prezidenti ilə görüşdü - FOTOLAR

Ərdoğan Bəxtiyar Ersayın rütbəsini artırdı

İlham Əliyevdən Naxçıvanla bağlı SƏRƏNCAM

Prezident “Polis haqqında” Qanuna dəyişiklik etdi

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Əli Əsədov Türkmənistanda işgüzar səfərdədir

"Azərbaycandan Ermənistandakı ekskavatora atəş açılmayıb" - MN

Rəsmi Bakıdan İran XİN-nin iddialarına CAVAB

İlham Əliyev bu qanunu təsdiqlədi
Xəbər xətti
- 06 Avqust 2025
- 14:21 "WhatsApp"da yenilik - Hesab yaratmağa ehtiyac olmayacaq
- 14:12 İspaniya ABŞ-dən F-35 almaqdan imtina etdi
- 14:09 Əli Kərimovun statusu - Tarixə təhrif, xalqa nifrət
- 14:01 1962 Kuba raket böhranı xatırlanır - ABŞ və Rusiya arasında nüvə gərginliyi
- 13:50 28 il əvvəl yoxa çıxdı - Cəsədi buzlaqlardan tapıldı
- 13:41 Putin Kremldə Uitkoffu qəbul edir
- 13:31 Qarabağ Universitetində dəyişiklik - Bu bölmələrə qəbul ləğv edildi
- 13:25 "Qarabağ"ın qələbəsi Azərbaycana nə verdi? - REYTİNQ
- 13:09 İş başında infarkt keçirən polkovnik vəfat etdi
- 12:59 Çində yeni virus xəbərdarlığı - Yoluxanların sayı 7 mini ötdü
- 12:43 ABŞ bu ölkələrdən 15 min dollar tələb edəcək
- 12:36 Bu ölkədə 2345 vəba hadisəsi qeydə alındı
- 12:34 Sabah hava necə olacaq?
- 12:22 Kamran Əliyevdən yeni TƏYİNAT
- 12:13 Deputatlar harada dincəlirlər? - SORĞU
- 12:06 Prezident Yamayka Baş nazirini təbrik etdi
- 12:03 Hindistanda daşqın - 4 nəfər öldü
- 11:56 Lisey və gimnaziyalara qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
- 11:52 Aida Tağızadə vəfat etdi
- 11:43 İlqar Mustafayev “əmlak kralı” imiş - Ağ Şəhərdən Şüvəlana qədər...
- 11:30 “Air Tastes” xidməti ilə AZAL sərnişinləri üçün dadlı yenilik təqdim edib
- 11:22 Nazir müavini işdən çıxarıldı
- 11:10 Azər Məmmədov “Gənc İstedadlar Proqramı”nın məzunları ilə görüşdü - FOTOLAR
- 11:00 Minaya düşən hərbçilərimizin son vəziyyəti - RƏSMİ
- 10:52 Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ - FOTO
- 10:38 Çempionlar Liqasında daha 6 oyun
- 10:28 Neftimizin bu günə olan QİYMƏTİ
- 10:18 Goranboyda ilk “Kontakt” sevinci - Açılışa özəl 60%-dək endirimlər
- 09:59 "Səfərdə qələbə qazanmaq çox vacib idi" - Qurban Qurbanov
- 09:50 "Mən heç nə deyə bilmərəm" - Trampın Qəzza ilə bağlı açıqlaması
- 09:29 ABŞ-də təyyarə qəzası - 4 nəfər öldü
- 09:16 "WhatsApp" 6,8 milyon hesabı sildi - SƏBƏB
- 09:15 Vüsal Aslanov Nəbi Məmmədovu yüksək vəzifəyə təyin etdi
- 09:00 Hazırda bu yollarda tıxac var - SİYAHI
- 08:30 "Slime" oyuncaqları niyə təhlükəlidir?
- 08:00 Həddindən artıq istilər beyinə təsir edir - Həkimlərdən xəbərdarlıq
- 01:30 Günəşdə güclü partlayış
- 00:19 "Qarabağ" "Şkendiya"ya qalib gəldi - UEFA Çempionlar Liqası
- 00:06 Kəlbəcərdə hərbçi minaya düşdü: FOTO - YENİLƏNİB
- 05 Avqust 2025
- 23:52 Ədliyyə Nazirliyinin polkovniki iş başında infarkt keçirdi
- 23:04 Sumqayıtda yeniyetmə hündürlükdən yıxıldı
- 22:51 Bu ölkə 100-ə yaxın rusiyalını deportasiya etdi
- 22:31 "Qarabağ" hesabı açdı - YENİLƏNİB
- 21:48 Meteohəssas insanların NƏZƏRİNƏ
- 21:28 “Qarabağ” “Şkendiya” oyununda start heyətlər
- 20:55 Çoban qayadan yıxıldı - Bədbəxt hadisə
- 20:19 Rumıniyanın sabiq prezidenti vəfat etdi
- 19:42 Əli Əsədov Türkmənistan Prezidenti ilə görüşdü - FOTOLAR
- 19:14 Tramp Zelenski ilə müzakirə apardı
- 18:53 DİN və FHN-dən əhaliyə ÇAĞIRIŞ - VİDEO
- 18:44 Bu ölkədə güclü zəlzələ oldu

