“İyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü öz işinə başlayıb. Məlumdur ki, Azərbaycan ECO-ya üzv ölkələrlə həm təşkilat daxilində, həm də ikitərəfli formatda əlaqələrinin genişləndirilməsini hər zaman xüsusi diqqət mərkəzində saxlayır. Bu məqsədlə ölkəmiz mütəmadi olaraq təşkilat daxilində bir çox sahələrdə səmərəli təklif və təşəbbüslərlə çıxış edir.”
Manset.az xəbər verir ki, bu sözləri açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O, bildirib ki, Azərbaycan artıq üçüncü dəfədir ECO-nun Zirvə görüşünə ev sahibliyi edir. “Əvvəlki iki zirvə görüşü 2006-cı və 2012-ci illərdə paytaxt Bakıda keçirilmişdir. Şübhəsiz, Azərbaycanın ECO-nun Zirvə Toplantılarına ev sahibliyi etməsi də ölkəmizin təşkilatda fəallığının bir göstəricisidir. Öz çıxışında cənab Prezident İlham Əliyev vurğuladı ki, bugünkü Zirvə görüşünün məhz Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var. Ermənistan işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilmişdir. Şuşada 2023-cü ildə keçirilmiş ECO-nun Nazirlər Şurası, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşü və Laçında bu ilin may ayında keçirilmiş Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşü işğaldan azad olunmuş şəhərlərimizin beynəlxalq nüfuzunun yüksəlməsini təmin edən mötəbər tədbirlərdir.”
K.Qafarov İqtisadi Əməkdaşlıq Təşkilatının beynəlxalq nüfuzunun yüksəlməsi istiqamətində Azərbaycanın çalışma və səylərinin, eləcə də bu sahədə əldə olunan uğurların ECO-ya üzv ölkələrin diqqətindən kənarda qalmadığını da qeyd edərək deyib: “İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan yalnız öz inkişafını deyil, həm də qonşu və tərəfdaş xalqların rifahını düşünən, əməkdaşlıq yaradan bir ölkədir. Sammit çərçivəsində müzakirə edilən dayanıqlı inkişaf, regional əməkdaşlıq və iqlim məsələləri kimi mövzular da Azərbaycanın müəyyən olunmuş prioritetlərinə son dərəcə uyğundur. Demək olar ki, bu istiqamətlərdə Azərbaycan müasir beynəlxalq gündəliyə ən çox töhfələr verən ölkələrdən biridir. Bu baxımdan keçən il tarixdə ilk dəfə olaraq ECO məkanında keçirilmiş COP29 konfransına ölkəmizin sədrliyi xüsusi qeyd olunmalıdır. Azərbaycanın təşəbbüsü ilə bu il ilk dəfə ECO Həftəsi keçirilir. Şuşada ECO-nun Biznes Forumu, Ağdamda Gənclər Forumu, Laçında isə Qadınlar Forumu təşkil edilmişdir. Hazırda ECO-nun Azərbaycanda yerləşəcək Tədqiqat Mərkəzinin və Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlamasının təmin edilməsi istiqamətində işlər davam edir. Əlbəttə ki, bütün bunlar həm İqtisadi Əməkdaşlıq Təşkilatının güclənməsinə, həm beynəlxalq nüfuzunun yüksəlməsinə xidmət edir. Diqqətəlayiq haldır ki, ECO-ya üzv ölkələr tərəfindən Azərbaycanın bu kimi təşəbbüsləri yüksək qiymətləndirilir və dəstəklənir”.
“Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının güclənməsinə böyük töhfələr verir” - Kamaləddin Qafarov
10:52 - 06 İyul 2025

Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər

İcma İlham Əliyevə təşəkkür etdi

XİN Xankəndi Kommunikesi barədə məlumat yaydı

Zakir Həsənovdan türkiyəli həmkarına başsağlığı

Sərdar Ayaz Sadiq Azərbaycana gəldi

XİN ABŞ-yə başsağlığı verdi

Ağdama 6 minə yaxın əhali köçürüləcək

Qazaxıstan hərbçiləri Azərbaycana gəldilər

"Zəngəzur dəhlizi geoiqtisadi inqilabın tərkib hissəsidir" - Ərdoğan

Ərdoğandan Azərbaycan və Rusiya gərginliyinə MÜNASİBƏT

Yusif Məmmədəliyevin 120 illiyi ilə bağlı SƏRƏNCAM

"İrəvanda məscidlərimizi bərpa edəcəyik" - Şeyxülislam

İlham Əliyev həmkarını təbrik etdi
Xəbər xətti
- 06 İyul 2025
- 23:57 Cüdoçumuz Avropa ikincisi oldu
- 23:39 Rusiya hava limanlarında 287 reys ləğv edildi
- 23:27 İcma İlham Əliyevə təşəkkür etdi
- 23:17 "Fənərbağça" Duranı kirayələdi
- 22:53 İranda daha bir "Mossad" agenti saxlanıldı
- 22:35 Bu ölkədə zəlzələ oldu
- 22:16 Gürcüstanda məşhur iş adamı saxlanıldı
- 21:58 “Şamaxı” portuqaliyalı futbolçu transfer etdi
- 21:39 Bugünkü imtahanın cavabları nə vaxt açıqlanacaq?
- 21:16 Tramp Texasda fövqəladə vəziyyət elan etdi
- 20:52 XİN Xankəndi Kommunikesi barədə məlumat yaydı
- 20:32 Zakir Həsənovdan türkiyəli həmkarına başsağlığı
- 20:18 Roma Papası bu iqamətgaha köçdü - FOTO
- 19:57 “Neftçi” dünya ulduzu ilə danışıqlar aparır
- 19:32 Abşeronda 2 avtomobil toqquşdu - Video
- 19:24 Paşinyan “Hraparak”ı məhkəməyə verdi
- 19:02 Türkiyə ordusunun 5 əsgəri şəhid oldu
- 18:57 Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
- 18:33 Zelenskidən Rusiyaya qarşı yeni - Sanksiyalar
- 18:10 Sərdar Ayaz Sadiq Azərbaycana gəldi
- 17:49 Çimərliklərdə hava belə olacaq
- 17:31 Vəkilliyə qəbulla bağlı test imtahanında 196 nəfər uğur qazandı - SİYAHI
- 17:16 Türkiyədə meşə yanğınları - 10 gündə 761 yanğın
- 16:54 Hizbullah tərksilah olmaqdan imtina etdi
- 16:31 "Biz hamını geri qaytarana qədər işimizi davam etdirəcəyik" - Zelenski
- 16:10 Bu ölkə rusiyalılara pasport verilməsini dayandırdı
- 15:49 XİN ABŞ-yə başsağlığı verdi
- 15:29 Bu yolda selin fəsadları aradan qaldırılır
- 15:08 Dursun Özbekdən təcili toplantı QƏRARI
- 14:55 Şəhid atası qəzada öldü
- 14:49 19 uşaq qurğuşundan zəhərləndi
- 14:38 DİM təhsil haqqı ilə bağlı düzəliş etdi
- 14:13 10 nəfər imtahandan xaric olundu - Səbəb
- 13:52 “Dar ağacı” tamaşasının ictimai baxışı keçirildi
- 13:21 Keniyalı atletdən qaçış REKORDU
- 13:04 Təl-Əvivdə hava limanına hücum oldu
- 12:54 SON DƏQİQƏ: Osimhen "Qalatasaray"a "hə" dedi
- 12:36 Sabah hava necə olacaq?
- 12:11 Bu ərazilərdə qaz kəsiləcək
- 11:56 Ağdama 6 minə yaxın əhali köçürüləcək
- 11:44 Zaporojye və Kiyevə PUA hücumu - Yaralılar var
- 11:33 Bu ölkədə zəlzələ oldu
- 11:06 ABŞ-də seldə ölənlərin sayı artdı
- 10:52 “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının güclənməsinə böyük töhfələr verir” - Kamaləddin Qafarov
- 10:36 Yağış yağır, külək əsir - Faktiki hava
- 10:18 Azərbaycanlı bəstəkar vəfat etdi - FOTO
- 09:50 "Real"dan yeni REKORD
- 09:21 İlon Mask özünə yeni partiya yaratdı
- 09:00 Bu gün imtahan var
- 08:30 Qulaqlıq istifadə edənlərin diqqətinə – Bu infeksiya sizi gözləyir
- 01:30 Boksçumuz bürünc medal qazandı

