"Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısı - Azərbaycanın artan rolu

18:39 - 03 Oktyabr 2025

\"Avropa Siyasi Birliyi\"nin 7-ci Zirvə toplantısı - Azərbaycanın artan rolu

Avropa Siyasi Birliyinin Kopenhagendə keçirilən 7-ci Zirvə toplantısı göstərdi ki, Avropa ilk dəfə real təhlükə mənbələrini, xüsusilə, Rusiyadan gələn təhdidləri açıq şəkildə qiymətləndirir və yeni təhlükəsizlik memarlığının qurulmasının zəruriliyini qəbul edir.


Tədbirdə iştirak edən Prezident İlham Əliyevə göstərilən yüksək diqqət, eləcə də onunla görüşmək üçün irəli sürülən çoxsaylı təşəbbüslər Azərbaycanın həm regionda, həm də bütövlükdə Avropada strateji aktora çevrildiyini bir daha təsdiqlədi.Sammit çərçivəsində Prezident Əliyevin Avropa İttifaqı rəhbərləri və bir sıra aparıcı Avropa liderlərinin dəvəti ilə keçirdiyi görüşlər Azərbaycanın diplomatik çəkisinin artdığını və sülh prosesində həlledici rol oynadığını aydın şəkildə ortaya qoydu.

Son illər Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən, Ermənistanı dəstəkləməklə gərginliyi daha da dərinləşdirən Fransa və onun Prezidenti Emmanuel Makron artıq bu siyasətin nəticə vermədiyini anlayaraq, Prezident İlham Əliyevlə görüşmək və münasibətləri normallaşdırmaq təşəbbüsü ilə çıxış edib. Bu hadisə ilk növbədə, Azərbaycan Prezidentinin siyasi iradəsinin, diplomatik ustalığının, qətiyyətinin və strateji səbrinin parlaq nəticəsi, eyni zamanda mənəvi-diplomatik qələbəsi kimi qiymətləndirilməlidir. Bununla yanaşı, Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təminində əvəzolunmaz tərəfdaşdır. Cənub Qaz Dəhlizi və bərpa olunan enerji sahəsində həyata keçirilən layihələr Avropanın Rusiyadan asılılığını azaldır, enerji şaxələndirilməsinə və qitənin sabitliyinə real töhfə verir.Zirvə bir daha göstərdi ki, Azərbaycan təkcə enerji təminatçısı deyil, həm də regional sabitliyin və strateji əməkdaşlığın açar ölkəsidir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az