Hikmət Hacıyev və Armen Qriqoriyan "Euronews"a birlikdə müsahibə veriblər

21:11 - 09 Dekabr 2025

Hikmət Hacıyev və Armen Qriqoriyan \"Euronews\"a birlikdə müsahibə veriblər

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoriyan ilk dəfə birgə şəkildə Euronews televiziya kanalına müsahibə veriblər.


Manset.az Operativ Media-ya istinadla xəbər verir ki, müsahibə zamanı tərəflər iki ölkə arasında sülh istiqamətində atılan addımlar və gələcək planlar barədə açıqlamalar veriblər.

Hikmət Hacıyev bildirib ki, Azərbaycan və Ermənistan mövcud fikir ayrılıqlarını bir kənara qoyaraq sülhə doğru birlikdə irəliləmək qərarına gəliblər.

O, həmçinin vurğulayıb ki, Vaşinqtonda əldə olunan “böyük razılaşma” TRIPP marşrutunun reallaşdırılmasına yol açacaq və bu layihə Avrasiya qitəsinin nəqliyyat xəritəsini tamamilə dəyişəcək.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoriyan isə qeyd edib ki, TRIPP layihəsinin icrası hazırda ABŞ ilə intensiv müzakirə olunur və bu prosesin yaxın zamanda reallaşacağına ümid edir.

O əlavə edib ki, tərəflər arasında etimadın qurulması istiqamətində ciddi iş aparılır.

Qriqoriyanın sözlərinə görə, regional iqtisadi layihələrin həyata keçirilməsi sülhün möhkəmlənməsinə, eyni zamanda hər iki ölkə cəmiyyətinin iqtisadi rifahına müsbət təsir göstərəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az