Milanda polislə etirazçılar arasında toqquşmalar oldu

08:30 - 08 Fevral 2026

Milanda polislə etirazçılar arasında toqquşmalar oldu

İtaliyanın Milan şəhərində nümayişçilərin əsas kütləsindən ayrılan təxminən 100 nəfərlik qrup polisə daş və fişəng atmağa başlayıb.


Manset.az Reuters-ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları cavab olaraq su şırnaqları və gözyaşardıcı qazdan istifadə ediblər.

Qeyd olunub ki, nümayişçılər bu yolla şəhərin Santa-Culiya hokkey arenasına aparan yolu bağlamağa çalışıblar.

AFP-nin məlumatına görə, bir neçə nəfər saxlanılıb.

Bu gün Milan və Kortinada minlərlə insan ekoloji və sosial-iqtisadi problemlər, o cümlədən mənzil qiymətlərinin yüksəkliyi və şəhər həyatının əlçatanlığı fonunda yarışların keçirilməsinə etiraz olaraq yürüş təşkil edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az