Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan
Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə 22 dekabr 2025-ci
il tarixində “Fenomenal liderlik və strateji qərarvermə nümunəsi: Azərbaycanın
uğur formulunun mərkəzində Prezident İlham Əliyev faktoru” mövsusunda tədbir
keçirilib.
Manset.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, geniş rayon
ictimaiyyəti, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimai
təşkilatların nümayəndələri və gənclər iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin
səsləndirilməsi ilə başlayan tədbirdə ilk öncə möhtərəm cənab Prezident İlham
Əliyevin tarixi fəaliyyəti nəticəsində ölkəmizdə əldə olunan möhtəşəm uğurları
əks etdirən videoçarx nümayiş olunub.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun
Cəbrayılov, Milli Məclisin deputatları Rasim Musabəyov, Könül Nurullayeva və
Naqif Həmzəyev, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov, eləcə də
YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov çıxış edərək, fenomenal
liderlik və strateji qərarvermə bacarığı sayəsində ölkəmizi sülh və sabitlik
məkanına çevirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş
Komandan cənab İlham Əliyevin dünya siyasi arenasında qətiyyətli addımlarla
irəliləyən, yüksək nüfuza və söz sahibinə çevrilmiş daha güclü Azərbaycan
naminə apardığı müdrik siyasətdən danışıblar.
Çıxışlarda əldə olunan parlaq uğurlar, misilsiz tarixi
nailiyyətlər xüsusi vurğulanıb. Konfrans iştirakçıları Ulu öndər Heydər
Əliyevin ideyalarını və dövlətçilik siyasətini müasir dövrdə böyük uğurla
həyata keçirən layiqli davamçı Möhtərəm cənab Prezidentə dərin ehtiram və
sonsuz minnətdarlıqlarını ifadə edərək doğum günü münasibətilə təbrik edib, ona
uzun ömür, möhkəm cansağlığı, xalqımız və dövlətimiz naminə həyata keçirdiyi
möhtəşəm tarixi fəaliyyətində yeni-yeni uğurlar və qələbələr arzulayıblar.