“Bala neçə aylıqdır?” - Prezident - VİDEO

21:32 - 23 Dekabr 2025

“Bala neçə aylıqdır?” - Prezident - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olub.


Manset.az xəbər verir ki, dövlət başçısı səfər çərçivəsində qəsəbə sakini Yadigar Əsədovanın evində olub.

Sakin: Xoş gəlmisən!

Prezident İlham Əliyev: Siz də doğma vətənə xoş gəlmişsiniz!

Qadın sakin: Allah səni saxlasın. Millətimizi öz vətəninə gətirdin, çox sağ ol.

Prezident İlham Əliyev: İşğal dövründə harada yaşamısınız?

Sakin: Gəncədə yataqxanada.

Prezident İlham Əliyev: Bala neçə aylıqdır?

Sakinlər: 13 günlükdür.

Prezident İlham Əliyev: 13 günlük? (gülür) Maşallah! Gəncədə doğulub?

Sakinlər: Bəli.

Prezident İlham Əliyev: Təbrik edirəm bir daha.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az