Azərbaycanın general-leytenantı general-polkovnikə köməkçi təyin edildi

12:25 - 23 Fevral 2026

Azərbaycanın general-leytenantı general-polkovnikə köməkçi təyin edildi

Bu yaxınlarda təqaüdə göndərilən 43 yaşlı general-leytenant Babək Qurbanov yenidən vəzifəyə gətirilib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin köməkçisi təyin edilib.

Son olaraq DSX Mərkəzi Aparatının rəisi vəzifəsində çalışan B.Qurbanov səhhəti ilə bağlı hərbi xidmətdən ayrılıb. General bundan sonra fəaliyyətini mülki işçi kimi davam etdirəcək.

Qeyd edək ki, B.Qurbanov İkinci Qarabağ Müharibəsi zamanı şücaəti ilə seçilib. Müharibədən sonra ona “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı, sonradan general-mayor, bir neçə il sonra isə general-leytenant ali hərbi rütbəsi verilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az