Keçmiş baş prokroru Zakir Qaralovun yaxın qohumu vəzifəsindən azad olunub.
Manset.az-ın əldə etdiyi məlumata görə, keçmiş baş prokrorun qardaşı oğlu Səməd Qaralov dünən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehtiyev tərəfindən Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması baş idarənin rəisi vəzifəsindən azad olunub. O həmin baş idarənin rəisinin 1-ci müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, dünən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehtiyev tərəfindən bir sıra baş idarə rəislərinin yerləri dəyişdirilib və ya işdən azad olunub.