Xəbər verdiyimiz kimi, bu gün Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevə zəng edib.
Manşet.az xəbər verir ki, söhbət zamanı dövlət başçısı humanitar məsələlərə toxunaraq, birinci Ermənistan-Azərbaycan müharibəsindən itkin düşmüş hesab olunan 3890 nəfər azərbaycanlının taleyinə Ermənistan tərəfindən aydınlıq gətirilməsi və kütləvi məzarlıqların yerləri barədə məlumat verilməsinin vacibliyini diqqətə çatdırıb.