Ukraynanın Kiyev vilayətinin Qostomel şəhərində 11 nəfərin cəsədi aşkar olunub.
Manset.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Bildirilir ki, 11 mülki vətəndaşa məxsus olduğu deyilən cəsədləri polis əməkdaşları Svyatopokrovskaya küçəsindəki qarajlardan birində tapıblar.
Yerli sakinlərin dediyinə görə, öldürülən şəxslər rus snayperlərin gülləsinə tuş gəlib.