"Konfrans iştirakçılarının gördükləri Ermənistanın törətdiyi barbarlığın illüstrasiyasıdır" - Prezident

10:45 - 29 Aprel 2022

\"Konfrans iştirakçılarının gördükləri Ermənistanın törətdiyi barbarlığın illüstrasiyasıdır\" - Prezident

“Şuşada beynəlxalq konfrans iştirakçılarının gördükləri Ermənistanın işğal illərində törətdiyi barbarlığın və vandalizmin illüstrasiyasıdır”.

 

Manset.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq konfransının iştirakçıları ilə görüşündə deyib.

“Bizim kəndlərimiz, əksər şəhərlərimiz dağıdılıb. Şuşada gördükləriniz ermənilərin 30 illik işğalı zamanı törətdikləri barbarlığın və vandalizmin nəticəsidir”, - deyə ölkə başçısı bildirib.

Dövlət başçısı bildirib ki, aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az