Hikmət Hacıyev Brüsseldə Armen Qriqoryanla GÖRÜŞƏCƏK

18:48 - 29 Aprel 2022

Hikmət Hacıyev Brüsseldə Armen Qriqoryanla GÖRÜŞƏCƏK

Brüsseldə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş keçiriləcək.

Manşet.az xəbər verir ki, bu barədə Armen Qriqoryan “Azadlıq Radiosu”nun efirində bildirib.
Onun sözlərinə görə, görüş mayın 2-də baş tutacaq.

“Azərbaycan və Ermənistanla bağlı məsələləri müzakirə edəcəyik. Əgər biz bütün suallara cavab tapa bilsək, o zaman ölkə liderlərinin Brüsseldə görüş imkanını müzakirə edə bilərik”, - Armen Qriqoryan qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az