"Təmas xəttində toqquşmalar olacaq" - Elxan Şahinoğludan HƏYƏCAN siqnalı

21:53 - 18 Oktyabr 2022

\"Təmas xəttində toqquşmalar olacaq\" - Elxan Şahinoğludan HƏYƏCAN siqnalı

"Son günlər ermənilərin cəbhə ilə bağlı yaydığı təxribat xarakterli məlumatlarının arxasında hiylə ola bilər. Çünki bilirsiniz ki, Avropa İttifaqının missiyası İrəvana gəlib və təmas xəttində monitorinq aparacaqlar. Ola bilsin, Paşinyan hökuməti cəbhədə hər hansı bir təxribat törətməklə Azərbaycanın cavab əməliyyatı keçirəcəyini düşünür və Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin gərginləşəcəyini ehtimal edirlər".

 

Manset.az Musavat.com-a istinadən xəbər verir ki, bu sözləri "Atlas" araşdırmalar mərkəzinin rəhbəri, ekspert Elxan Şahinoğlu deyib.

E.Şahinoğlu vurğulayıb ki, Paşinyanın bu dəqiqə bir ümidi var ki, Avropa İttifaqının həmin missiyası Azərbaycan əleyhinə hansısa bəyanat yayacaq. 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az